Əlaqə +994(55) 462 01 71

Ağrılı ay başı və şiddətli ay başı sancısı

Qadınların yarısından  çoxunda  aybaşı qanaması zamanı az və yaxud çox ağrı olmaqdadır. Bu aybaşı sanıcısı, qanamanın normal hüdudda qalmasını  təmin etmək məqsədi ilə ortaya çıxan uşaqlıq  gərilmələrinin ağrı olaraq qəbul edilməsi nəticəsi ilə ortaya çıxmaqdadı.

Təxmini 10 qadından birində isə vəziyyət  tamami ilə fərqlidir. Aybaşı qanamalarının başlamasıyla bərabər ortaya çıxan ağrı, olduqca şiddətlidir və gündəlik həyat tərzimizə mənfi şəkildə təsir  edir.  Qadın xəstəlikləri və doğum klinikalarında edilən təcili  müraciətlərin təxmini 10% - i ay başı sancısı səbəbi ilə olmaqdadır.

Dismenore, yəni ağrılı aybaşı görmə araştırmaları  sonrası efektli bir şəkildə müalicə edilə bilən və qadının lazımsız yerə dözdüyü bir ağrıdır.

Aybaşı qanamaları zamanında niyə ağrı olur?

Sancılı  aybaşı görmə əslində normal  ay başı görmə mexanizmasının əsas bir hissəsi olan, uşaqlıq  gərilməsinin qadın tərəfindən ağrı şəklində hiss edilməsidir. Bu uşaqlıq gərilmələrinin məqsədi uşaqlığın iç  qatının atılaraq yenilənməsi zamanında  olan qanama miqdarının  ən az səviyyədə tutmaqdır.

Bu sancılmalar  əsnasında uşaqlıqda   bölgəsəl olaraq prostaglandin adı verilən bəzi maddələr  ifraz olunur.  Ağrıya  yol açan  hadisənin prostaqlandinlərin ya daha çox miqdarda, ifraz olunması və ya qadında prostaglandinin ağrı şəklində həddindən artıq həssaslıqla,  cavab verməsi olaraq qəbul edilməkdədir. Prostaglin ifrazı  xüsüsi ilə yumurtlamlı bir aybaşı dönəmində realdaşdırıla  bildiyindən aybaşı görmədən  qisa zaman öncə başlayan və qanama bitdikdən sonra bütünlüyü ilə qeyb olan, aybaşı sancısı bir öncəki aybaşı  vaxtında  yumurtlama olduğunun ən güvənli  əlamətlərindən biridir.

RİA(``spiral``) qadınların bir qismində öncədən var olmayan,  aybaşı sancılarının ortaya çıxmasına səbəb ola bilir.

Əsasən RİA   tətbiqindən  sonra qadınların bir   qisminin RİA`larını çıxartmaq istəməklərinin ən önəmli səbəblərindən   biri də  budur.

Sancılı  aybaşı görmənin  nadir görülən bir  səbəbi də,  uşaqlıq ağzı girişinin  abart, infeksiyon kimi səbəblərə bağlı olaraq daralmış olması və bununla bağlı olaraq aybaşı qanının çətinliklə  atılmasıdır.

Endometriyozis sancılı aybaşı görmənin digər bir səbəbidir və maraqlı bölümdə  detallı olaraq ələ alınmışdır.

Sancılı aybaşında nə kimi  əlamətlər  olur?

Aybaşı sancısı ümümilikdə  aybaşı  görmədən öncə ilk 24 saat içində başlar, aybaşı görməklə bərabər şiddətli qisa vaxtlı olaraq artar və ay başı   zamanının bitməsinə qədər,  gedərək zəifləyər.

Bulantı- qusma, halsızlıq, ishal, sancılara əlavə olaraq şiddətli bel ağrısı sancı ilə bərabər sıx görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu  hallarda   huşunu itirmə  belə ortaya çıxa bilər.

Nə zaman ginekoloji Müayinə lazımdır?

Aybaşı sancıları ağrı kəsicilərlə  nəzarət altına alına bilmirsə və başqa bir ginekoloji əlamət yoxdursa  müayinə lazım deyildir.

Ancaq ay başı Sancıları çox şiddətli olur ümümi halını təsir etməyə başlamışsa və ya günlük yaşamına təsir edirsə, zəruriyyətlə jinekolojik dəyərləndirmə edilməli və efektli bir müalicə tətbiq edilməlidir.

Ginekolojik müayinənin çox önəmli bir məqsədi vardır. Endometriyozis( uşaqlığın iç qatının  normaldan kənar olması adenomiziyos,  xronik infeksiya, yumurtalıq kistləri, miyomlar və bəzi jinekolojik xəstəliklərlə bərabər özlərinə xas olan  əlamətlərin verilmələri xaricində yalnız aybaşı sancısı kimi əlamətlər də verə bilər.

Edilən  ginekolojik müayinə bu halların varlığının ortaya çıxarılması və effektli bir şəklidə müalicə edilə bilməsi yönündən son dərəcədə vacibdir.

Ağrılı ay başı görmə necə Müalicə edilə bilər?

Ağrılı aybaşı görmə necə Müalicə edilə bilər?

Ginekolojik müayinədə aybaşı sancısına səbəb ola biləcək bir problemin tapılması halında bu problemin dəyərləndirilməsi,  müvəffəqiyyat şansının yüksəlməsi   yönündən çox önəmlidir.  Qeyri- kafi bir dəyərləndirmə  nəticəsində edilən müalicənin  uğurlu olma şansı çox aşağıdır.

Ginekolojik müayinədə heç bir ginekolojik problem tapilmadığı zaman ilk müalicə şəkli ağrı kəsicilərdir. İstifadə edilən ağrı kəsicilər ``nonsteroid anti inflamatuar anajeziklər`` adı altında qruplandırılan ağrı kəsicilərdir.

Bu dərmanlar ağrı kəsmələri xaricində prostaglandin böyümənidə azaldaraq cift  tərəfdən  müalicə edir.  Aybaşı qanaması başlamazdan 24 saat əvvəl,  həkimin tövsiyyəsinə görə dəyişən dozalarda dərmanlar istifadə olunur və sancının davam etdiyi vaxtlarda da  dərmanlardan istifadə edilir.

Ağrı kəsici dərmanlarda heç bir  nəticə alınmayan hallarda ikinci addım, müalicəsi çox hallarda doğum  nəzarət dərmanlarıdır.  Aybaşı sancısı ilə yumurtlama arasında yaxın bir  əlaqə əsas olduğundan yumurtlamanın doğum nəzarəti dərmanları ilə ortadan qaldırılması ağrıları  çox hallarda  effektli  bir şəkildə nəzarət altına alır.

İkinci adım  müalicədən də fayda götürülməməsi  iləri diaqnoz  gərəkdirən bir haldır. Bu məqsədlə lazımlı ön hazırlığın izlənilməsi laparoskopi adı ilə verilən üsulla qarın boşluğu araşdırılır. Bu araşdırmada ümümiliklə  görülən problem endometriyozisdir.

Ağrı,  xüsusi ilə də səbəbi tapilmayan ağrı hər zaman psixoloji bir problemə yol açır. Bu səbəblə sancılı aybaşı görmə vəziyyətində psixoloji  konsultasiya da  lazım ola bilər.

təqib edin!