Əlaqə +994(55) 462 01 71

Gebelikte Tiroid Gland Hastalıkları

Tiroid vəzləri boynumuzun orta hissəsində yer alan balaca kəpənək şəklində bir vəzdir. Yalnızca 25 qram ağırlığında olmasına baxmayaraq, ifraz etdiyi hormonlar səbəbi ilə böyümə və inkişafda  önəmli rol oynayır.  Bütün bədən funksiyalarını və metobolizmanı  yaxşılaşdırar.

Tiroid vəzləri iki dənə hormon ifraz edər. Bu hormonlardan 4 dənə yod atomu olana T4 (Tiroksin),  3 dənə yod atomu olana T3 deyilir. Bu hormonların  daha çox miqdarda istehsal edilməsi hipertrioidi, lazım olandan daha az istehsal etmeəsi isə hipotiroid adlanır. Tiroid vəzinin işləməsi beyində olan və hipofiz adı verilən vəzdən ifraz olunan TSH(tiroidi  xəbərdar edən hormon) ilə nəzarət edilə bilər.

Tiroid vəzinin hər  cür böyüməsinə  zob  deyilir. Hamiləlikdə tiroid vəzləri bir miqdar fizyolojik olaraq böyüməkdədir.  Nodül, tiroid vəzi içində normaldan kənar toxuma əmələ gəlməsidir. Tiroidit: Tiroid vəzlərinin iltihablanmasına deyilir. Otoimmün Tiroidit: Bədənin  immunitet sisteminin bir  sira mexanizmlər  nəticəsində öz tiroid toxumasına qarşı  antikor istehsal edib tiroid vəzi funksiyalarını pozması prosesidir.

Hamilə qadınlarda hamiləliyin başlangıcından doğuma qədər ordan sistemlərində  sturukturlu  deyişikliklər olur.  Məhsuldarlıq çağındakı qadınlarda görülən bir çox endokrin  pozğunluğu(hormonal) uşaq sahibi ola bilməyə mənfi təsir etdiyi  və hamiləlik dövründə də ana və uşaq üzərində istənməyən problemlərə yol aça biləcəyi üçün uyğun şəkildə tapılmalı və müalicə edilməsi lazımlıdır. Hamiləlikdə istıfadə edilən  diaqnostik  testlərin sınırlı şəkildə olması və hamiləlikdəki biokimyasal dəyərlərin digər   fərdlərin  fərqlı şərh edilməsi həkim baxımından daha çox diqqət tələb edir.

Tiroid vəzləri  narahatçılığı hamiləlik öncəsində diaqnoz qoyulmuş olması  kimi bəzən də hamiləlik zamanında inkişaf edə bilir. Tiroid xəstəliyinin ilkin əlamətlərinin hamiləlikdə gözlənən əlamətlərlə (  Halsızlıq, iştahsızlıq, bulantı, susma və.s) bənzər olması diaqnozu və müalicəsi geciktirilə bilər.

Hamiləlikdə tiroid  funksiyası testləri istəndiyi zaman TSH və gərəktiyində T3 və T4 ün sərbəst formaları istənməlidir. Hamiləlik hormonu ilə oxşarlığı səbəbi ilə TSH  səviyyələrinə    düşmə və ən sərbəst T4 səviyyəsi ,hamiləlik hormonunun ən pik etdiyi ərkən hamiləlik zamanında gözlənilir.

Hamiləlikdə yol əksikliyininin qarşısını almaq üçün yodlu duz, dəniz məhsulları və yodla zəngin qida əlavələri ilə günlük 250-300 mikroqram yod alınmasını  gərəkdirir. Yod əksikliyi düzəlməzsə, ağırlıq dərəcəsiylə bağlantılı olaraq uşağın ağıl düşüklüyündən, ağır illərləmə və sinir sistemi pozğunluqlarına qədər gedim çixan  bir görüntü ortaya çıxa bilər. Lazımı dərəcədə yod istifadəsinin ən yaxsı görtəricisi idrarla atılan yod miqdarının göstəricisidir.

Hamilelikte Tiroid Xastaliyi

Ana qarnındakı uşağın tiroid hormon səviyyəsi hamiləliyin ilk üçdə birlik zamanı sonuna qədər anaya bağlıdır. Ananın T4 səviyyəsindəki uşağın böyüməsi və ərkən beyin funksiyalarının  inkişafı baxımından çox önəmlidir.

Hamiləlikdə tiroid xəstəliyi baxımından riskli  fərdlər  araşdırılmalıdır. Araşdırmada TSH və sərbəst T4 ölçüləri istifadə olunur.

Hamiləlikdə tiroid xəstəliyi üçün risk faktları aşağıda siralanmışdır.

1. Ailəsində və ya özündə tiroid  xəstəliyi hekayəsi olan(  Hipertiroid və ya hipotiroidi, doğum sonrası tiroiditi)

2.  Daha öncə Troid vəzi əməliyyatı geçirmiş olmaq

3. Zob varlığı, Tiroid xəstəliyini düşündürən əlamətlərin olması

4. Birinci tip Şəkər və ya digər otoimmün xəstəliklərinin varlığı, tiroid otoantikorların varlığı

5. Anemiya, xalesterol yüksəkliyi. hiponatremi( qanda natrium düşüklüyü)

6. Baş boyun  radyoterapisi almış xəstələr

7. Sonsuzluq müalicəsi görmüş olan qadınlar

8. Daha öncə düşük və ya ölü doğum hekayəsi olanlar 

Hipotiroidi və Hamiləlik

Hamilə qadınların 2%-də aşkar edilən və ya gizli hipotiroid (subklinik) tapılır. Ən önəmli səbəbi isə yod  lazımlı bölgələrdə otoimmun tiroid xəstəliyidir. (Hashimato tiroiditi). Digər səbəblər arasında geçirilmiş tiroid cərrahisi, radyoaktiv yod müalicəsi sayılır.

Qan testlərində TSH yüksəkliyi və bərabərində ST3, ST4  düşüklüyü ilə asanlıqla diaqnoz soyulur.

Həm ananın həmda  fetal hipotiriroidinin uşaq üzərində istənməyən mənfi yanlarıda vardır. Bu təsirlər arasında düşüklər, hamiləlik zəhərlənmələri, doğum sonrası qanama riski, yeni doğan uşaqda doğumsal hipotiroidi, uşaqda əqli və  fiziki funksiyalarda pozğunluqlar ola bilir.  Bu səbəblə anaya bağlı tiroid vəzi çatışmamazlığı ``HİPOTİROİDİ`` in qarşısı alınmalıdır.

Hipotiroidi hamiləlik öncəsi dövrdə rast gəlinərsə,hamiləlikdən öncə tiroid hormonu yerinə qoyma müalicəsi başlanılar. TSH dəyərinin 2,5 M/L dəyərinin altında olması  tövsiyyə edilir.  Hamiləliyin ilk həftələrində tiroid hormonu ehtiyacı 30-50% artar.

Hamiləlik zamanında hipotiroidi diaqnozu qoyulan qadınlarda, ən qisa zamanda tiroid funksiyalarının tiroid hormonu ilə düzədilməsi lazımlıdır.

Hipertiroidi və Hamiləlik

Hipertiroidi hamiləlikdə 0,2-1% arasında rastlanılır. Xəstələrin çoxu daha öncədən Hipertiroidi olan  Graves Xəstələridir. Hipertiroidi anada aşağı,hamiləlik ilə bağlı hipertəyziq, ərkən doğuma meyillilik, anemiye, infeksiya, ürək ritmi pozğunluqları və daha ilərləmiş olan ürək çatışmamazlığı və tiroid buhranına yol açabilər. Uşaq isə ana qarnında  inkişaf problemi, ölü doğum riski və erkən doğum olması riski istənməyən problemlərdir.
 
Labarotoriya səraitində TSH düşük, ST4 və ST3 yüksək  tapilaraq diaqnoz qoyulur.

Hamiləlik Hiperemezisi və Hipertiroidi

Həddindən artıq  qusması olan qadınlarda  təxmini 65%-də  müvəqqəti hipertiroid ortaya çıxa bilər və bu səbəblə hər xəstədə tiroid testləri bakılmalıdır. Ərkən. hamiləlik dövründə kilo atirilməsi, qusma,  taxikardi və laboratuarda hipertiroidi   tapintılarını ərkən  gərçək tirotoksikoz halından ayırd edilməsi zor ola bilər. Bu qadınlarda daha öncəsinə aid tiroid xəstəliyi və ya zob hekayəsi yoldur.  TSH səviyyəsindəki təyziqlənmə yanında ST4, ST3 səviyyələri yüksəlmiş ola bilər. Qusmanın ciddiyəti, tiroid funksiya pozğunluğu ilə paralellik göstərir. Səbəbi hamiləlik hormonunun tiroid vəzini  xəbərdar etməsidir. Klinik ən geç 10 həftə içində öz-özlüyünə düzəlir. Dərman istifadəsi tövsiyyə edilməz.

Tiroid Nodülü və Xərçəng

Hamiləlikdə kəşf olunan 1 sm-dən böyük həcmli tiroid nodüllərinə incə iynə olan aspirin  biyopsisi(TİİAB) istifdə olunur. Nodüllərin izlənilməsi ultrasonoqrafi ilə dəyərləndirilir.  Birinci yada ərkən ikinci dəfədə rast gəlinən və biyopsi nəticəsi pis xassəli olan nodüllərdə ikinci dəfəsində cərrahi proses tətbiq edilir. Hamiləliyin daha gec dövrlərdə qoyulmuş diaqnoz və ilərləmiş xəstəliyi olmayanlarda cərrahi müalicə doğum sonrasına kimi təxirə salınır.

Hamiləlikdə olduğu kimi əmzirmə dövründə də radyoaktiv yod müalicəsi tətbiq edilə bilməz, Tiroid xərçənginə qarşı atom müalicəsi almış qadınlarda, bu müalicədən sonra 6-12 ay içərisində hamilə qalmamalıdırlar.

Doğum sonrası Tiroidit

Ümümiyyətlə doğumdan 3-6 aylarda TSH hormonu baxılmalıdır Doğum sonrası tiroidit sonrası qalıcı hipotiroidi  əmələ gəlmə riski artığı üçün illik TSH izlənilməsi daha uyğun olar.

 Nəticə olaraq tiroid vəzi pzoğunluqları hamiləlik dövründə və hamilə qalmağı düşünən qadınlarda riskli qrupların diaqnozu ya da klinik şübhə üzərinə asan qan testi ilə diqanoz qoyulub müalicəsini də etmək mümkündür. Diaqnoza kömək edəcək bir çox qan testi xəstxanamızda mümkündür.

təqib edin!