Əlaqə +994(55) 462 01 71

Miyoma nədir və necə müalicə olunur?

Hər dörd  qadından birində həyatının bir zamanında ortaya çıxan miyomlar, qadınlarda ən sıx görülən problemlərdən biridir. Bunlar, uşaqlıq  toxumasından  qaynaqlanan və uşaqlıq şəklinin xaricinə çıxan yaxşı xasiyyətli  kütlədir.

Miyomların ortaya çıxmasında genetik ünsürlərdə əsas rol oynayırlar. Xəstələrin çoxunda birdən cox miyomun olması görülür. Östrojen, miyomların böyüməsinə səbəb olduğu üçün, əsasən böyümə zamanında, hamiləlik zamanında  böyüdükləri görulməkdədir. Klimaks dövründə isə əgər xəstə hormon dərmanı istifadə edibsə daha çox balacalaşmaqdadır.

Miyomlar, uşaqlıqdakı yerləşimlərinə görə də fərqlidir və uşaqlıq içi toxumaya doğru böyüyə bildikləri kimi uşaqlıq içi əzələ toxumunda da yer ala bilir.  Həmçinində  uşaqlıq xaricinə doğru böyüyən miyomlar və saplı miyomlarda qadınlarda görülə bilər. Bundan əlavə yumurtalıq ərtafında da böyüyən miyomlar da ola bilərlər.

Miyomun İlkin Əlamətləri Nələrdir?

Miyomların böyük çoxluğu əlamət  verməyib hər hansı bir şikayət yaratmayabilər. Bununla birlikdə miyomlarla bağlı ən sıx rastlanan şikayət isə qanama pozğunluqlarının olmasıdır. Həmçinin, hamiləlikdə olduğu kimi alt qarın bölgəsində olan bir kütlə ağrı və ya təyziq hissi ortaya çıxara bilər.Bu səbəbdən  halsızlıq, yorğunluq, nəfəs darlığı kimi problemlərin də yenə miyomlara bağlı olaraq ortaya çıxdığı görülməkdədir. Hamiləlikdə isə böyük yer tutan miyomların təyziq edərək qanamasına və ərkən doğuma səbəb olduqlarıda bilinməkdədir.

Uşaqlıq içi astar toxumaya doğru böyüyən miyomlar sonsuzluq və düşüklərə səbəb olduğu bilinməkdədir.

Miyomların diaqnozu jinekolojik olaraq müayinə zamanında olabileceyi ancaq tam dəqiq diaqnozu isə USM vasitəsi ilə  qoymaq mümkündür.

Hansı Miyomlar alınmalıdır ?

Hansı miyomların alınmasının lazımlığı qadının şikayətlərinə və səbəb olduğu problemlərə görə bilinir. Əgər miyomun  diametri 5 sm və ya daha böyükdürsə və ya miyom böyüməyə davam edirsə və ayni zamanda şikayətlər həyat şəraitinə təsir edirsə, yuxarıda göstərilən xəstəliklərə səbəb olursa müalicə lazımdır. Ancaq hər hansı bir şikayətində də  böyümənin olmadığı hallarda altı ayda bir ginekoloji müayinə və USM müayinəsi kifayət edəcəkdir.

Miyoma nədir və necə müalicə olunur?

Miyomlar nə zaman əməliyyat edilməli ?

Qadınlar tərəfindən miyomların  problem yaratmağa başladığında böyümə davam edirsə, ciddi bir təyziq baş verirsə və şiddətli kanamalar yaşana bilirsə, hamiləliyə problem olursa və ya düşüklərə səbəb ola bilirsə, belə hallar da miyomların müalicəsinə  ehtiyyac vardır. Əməliyyat açıq cərrahi ya da laparoskopi və ya histeroskopi yolu ilə edilir. Uşaqlıq içi astar toxumaya doğru böyüyən miyomlar histeroskopi yolu ilə vajinadan girərək  alınır.

Miyom əməliyyatında hansı  üsullardan istifadə olunur?

Bügün bir çox böyük mərkəzdə miyom əməliyyatları laparoskopik yolla edilməkdədir. Miyomlar bu üsulla qarın heç açılmadan göbək çuxurundan girərək(laparoskopi) əməliyyat edilir.

Və əvvəldən problemə səbəb olan böyük ya da çox sayıda  miyomalarda  daha  iləri proses olan qapalı əməliyyatla da edilə bilər.

Əgər bu klimaksda  və ya klimaksa yaxın bir dövrdədirsə uşaqlığın hamısının alınması bir ehtimalkən hələ doğruluğu tamamlanmamış və ya uşaqlığını itirmək istəməyən xəstədə sadəcə miyom və ya  miyomların alınması mümkündür.

Xüsüsi ilə böyük miyomlarda laparoskapik əməliyyat ciddi bir təcrübə gərəkdirir. Ancaq bununla birlikdə prosesin  işlənməsi bu yolla edilməsi  xəstəyə  daha çox dəyərlər qazandırır.

Bunlar qarın kəsəsi olmadığı  üçün estetik bir  narahatlıq hiss edilməz, , ağrı və qanama riski açıq cərrahiyəyə görə daha az olur.  Ağırlaşmalar riskinin düşük olması səbəbi ilə də sosyal və gündəlik həyata çox  sürətəi geri dönmə yaşana bilər.

Miyomların  əməliyyatsız müalicəsi mümkündürmü?

Bəli belə bir yol vardır. Magnat Rezonans(MR) rəhbərliyində səs dalğalarının fokuslanması  (high-intensity focused ultrasound guided by magnetic (MR-HİFU)   prosesi minlərcə xəstədə uğur ilə  nəticələnmişdir.  Narkoz və əməliyyat   gərəktirməyən bu üsül hər dört miyom xəstəsindən ancaq biri üçün uygun ola bilər.  Uğurlu  nəticələr əldə etmək üçün   hadisələrin doğru seçilmiş olması lazımdır.

təqib edin!